Hər yay insayderlər "Barselona"nın futbolçusu Frenki de Yonqu harasa göndərir.
Lakin o, artıq komandası ilə 6-cı mövsümünü keçirir.
Niderlandlı futbolçunun həyatındakı ən önəmli hadisələr məhz "Barsa"da çıxış edərkən qeydə alınıb. O, həm evlənib, həm də ata olub. Mikki Kimeni adlı xanım onun həyat yoldaşıdır!
Mikki 1998-ci ilin aprelin 17-də anadan olub. 26 yaşlı gözəl Frenkidən bir yaş kiçikdir.
Mikki peşəkar idmanın nə olduğunu çox yaxşı bilir. O, "Den Boş"un qadın otüstü hokkey komandasında oynayıb. Lakin aldığı ağır zədələr səbəbindən karyerasını erkən bitirməli olub. İdmandan ayrıldıqdan sonra Kimeni dizayner kimi təhsil alıb. Bundan sonra öz geyim brendini yaradıb.
Mikki ilə Frenkini bir araya gətirən məhz idman olub. Cütlük Tilburqda tanış olub. Orada de Yonq "Willem II" uşaq komandasında futbolu, Kimeni isə eyni klubda otüstü hokkeyi öyrənirdi. Onlar 2014-cü ildə görüşməyə başyıblar.
2015-ci ildə Frenki "Ayaks"a keçib. Bununla onun karyerasında yüksəliş başlayıb. Mikki isə hər zaman onun yanında olub.
Bir-birilərinin ilk sevgisi olan idmançılar 2022-ci ilin yayında Meksikada nişanlanıblar. 2023-cü ilin noyabrında isə cütlüyün ilk uşaqları olub. Ona Mayls adı verilib.