COP29

Azərbaycanlı futbolçudan yaşadığı eyş-işrət və əyləncə barədə ŞOK AÇIQLAMA!

7 İyul 22:30 Maraqlı 1 506
Azərbaycanlı futbolçudan yaşadığı eyş-işrət və əyləncə barədə ŞOK AÇIQLAMA!

“Atam özü də futbolçu olmuşdu deyə, məni başa düşürdü və əyləncəyə vaxt ayırmağıma şərait yaradırdı”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin keçmiş hücumçusu Vaqif Cavadov deyib.

Futbolçu karyerası barədə danışan müsahib “eyş-işrətə, əyləncəyə vaxt ayırdığın dönəm hansı yaş dövrünüzə təsadüf edib” sualına cavabında bunları söyləyib:

“Hər bir insanın yaşadığı və yaşayacağı şeydir. Hər zaman deyirdi ki, oyundan sonra iki gün gəzə bilərsən.

Hə, bir də istirahət müddətində. Tək-tük hallarda oyundan sonrakı gün evə gəlməyə bilərdim.

Amma bunu da icazə ilə edirdim və atam harada olduğumu bilirdi. Oyun ərəfəsində, yaxud həftəlik qrafik zamanı maksimum saat 10-11-də evdə olurdum.

Çünki ata-anamla eyni evdə qalırdım və işimdən başqa həm də onlara hörmət etmək məcburiyyətində idim.

Bu, 17 yaşımda Azərbaycana gələndə də belə idi, 30 yaşımda karyeramı başa vuran ərəfədə də”.

Digər Xəbərlər
Xəbər Lenti