COP29

Moldova nəhənginin son transferi Azərbaycanda qalmamasının səbəbini "Sportinfo"ya açıqladı

7 İyul 16:05 Maraqlı 3 548
Moldova nəhənginin son transferi Azərbaycanda qalmamasının səbəbini "Sportinfo"ya açıqladı

Uğursuz mövsüm keçirən "Qəbələ" 2023/24 mövsümünün sonunda Birinci Liqaya yuvarlanan kollektiv oldu.

Komanda fiasko yaşasa da, heyətdə özünü yaxşı tərəfdən göstərən legionerlər yox deyildi.

Məsələn, Eyyub Allaş kimi.

O, meydana çıxdığı 33 Premyer Liqa matçında 5 qol, 8 məhsuldar ötürmə ilə yadda qaldı.

Əbəs deyildi ki, mövsüm başa çatandan sonra onu sıralarında görmək istəyən yerli klubların sayı bir yox, bir neçə idi.

Amma sonda mərakeşli legioner Moldova nəhəngi "Şerif"i seçdi.

Maraqlıdır, onun karyerasını ölkəmizdə davam etdirməsinə nə mane oldu?

Yarımmüdafiəçi sualımıza cavab olaraq Sportinfo.az-a açıqlamasında bunları dedi: "Bu barədə çox danışmaq istəməzdim. Azərbaycanda xoş anlar keçirdim. Bəli, mənimlə maraqlanan klublar olduğu deyilirdi. Amma sonda təklif göndərən olmadı. Ona görə də orada qalmadım.

"Şerif"dən isə özümə qarşı diqqət gördüm. Moldova təmsilçisi böyük klubdur. Yaxşı layihələri var. Mən də onun bir parçası olmaq üçün buraya gəldim".

Əyyub Allaş 2023-cü ilin yanvar ayından 2024-cü ilin yayına kimi "Qəbələ"də çıxış edib.

26 yaşlı futbolçu "qırmızı-qaralar"ın heyətində meydana çıxdığı 56 rəsmi matçda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti