COP29

Məşhur xanımın özündən də gözəl bacısı görün kimlərlə eşq yaşayıb! - FOTOLAR

9 İyun 02:40 Maraqlı 1 844
Məşhur xanımın özündən də gözəl bacısı görün kimlərlə eşq yaşayıb! - FOTOLAR

Əgər futbolla maraqlanırsınızsa, o zaman Mauro İkardinin həyat yoldaşı və agenti Vanda Naranı mütləq tanıyırsınız.

Amma məlum olur ki, Vandanın bir bacısı var və onun da futbolla bir az əlaqəsi var. Tanış olun, Zaira Nara.

Zaira 1988-ci ilin avqustun 15-də anadan olub. Tezliklə onun 36 yaşı olacaq. Bacısı Vandadan 2 yaş kiçikdir.

Zaira məşhur argentinalı modeldir. Onun "Instagram"da 8,3 milyon izləyicisi var.

Onun sahəsindəki peşəkarlığının səviyyəsini əməkdaşlıq etdiyi markaların siyahısına baxmaqla öyrənmək olar: "Pantene", "Dunlop", "Herbal Essences", "McDonald's", "Gillette". Zaira televiziyada aparıcı kimi də çalışıb və bir neçə filmdə rol alıb. Onun moda jurnallarının üz qabığında da yer alıb.

2009-cu ildə Zaira Dieqo Forlan ilə tanış olub və onunla 3 il görüşüb. Bu, uruqvaylı forvardın karyerasında ən yaxşı dövrdür. Məhz bu illər ərzində "Atletiko" ilə Avropa Liqasını qazanıb. Eyni zamanda Uruqvay millisi ilə Cənubi Afrikadakı Dünya Kubokunun "Qızıl buts"una layiq görülüb.

Zairanın növbəti macərası argentinalı tennisçi, 12 ATP turnirinin qalibi və 2011-ci il Devis Kubokunun finalçısı olan Xuan Monako ilə olub. 2015-ci ildən isə argentinalı model Yakob Von Plessen ilə münasibətdədir. Cütlüyün iki övladı var. Onlar xoşbəxt olsalar da, Vanda və İkardi kimi məşhur deyillər. Amma o, "Qalatasaray" forvardı ilə eşq yaşayan böyük bacısına həsəd aparmır.

Digər Xəbərlər
Xəbər Lenti