AFFA-nın təşkilatçılığı, UEFA, “Disney” şirkəti və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 5-8 yaşlı qızlar üçün həyata keçirilən “Playmakers” layihəsinin tədris ilinin yekunu ilə əlaqədar olaraq “ASCO Arena”da futbol festivalı keçirilib.
Sportinfo.az xəbər verir ki, Qadın futbolunun inkişafı məqsədilə təşkil edilən festivalda Bakının 20 məktəbindən 200-dən çox qız iştirak edib.
Festival zamanı uşaqlar futbol oynayıb, əyləncəli vaxt keçiriblər. Sonda iştirakçılar müvafiq diplomlarla təltif ediliblər.