COP29

Əcnəbi hücumçu bu kluba razılıq verdi, Azərbaycana qayıdır - SON DƏQİQƏ

17 Sentyabr 11:40 Kəpəz 3 139
Əcnəbi hücumçu bu kluba razılıq verdi, Azərbaycana qayıdır - SON DƏQİQƏ

Avqustda «Turan Tovuz»la müqaviləsinə xitam verən Luis Paçunun klubsuz günləri uzun sürməyib.

O, 1 aylıq aradan sonra karyerasını yenidən Azərbaycanda davam etdirməyə razılaşıb.

Braziliyalı hücumçu «Kəpəz»in budəfəki təklifini qəbul edib. Hələ ilk dəfə iyun-iyun aylarında Gəncə təmsilçisindən dəvət alan 28 yaşlı forvard qarşıdakı 10 ayı burada keçirəcək.

«Sambaçı» 2023-cü ilin yayında "Turan Tovuz"a keçmişdi.

Cənubi amerikalı legionerin qərb klubunu tərk etməsi gözlənilməz oldu. Kurban Berdiyevin ona etimad göstərmədiyi barədə ilk məlumat saytımıza məxsusdur - biz bunu hələ iyunun son günlərində oxucularımızın diqqətinə çatdırmışdıq.

Yeni baş məşqçi ondan niyə üz çevirmişdi? Rusiyalı çalışdırıcı hələ Qəbələ toplanışı zamanı özü üçün dəqiqləşdirmişdi ki, Paçu tətbiq edəcəyi taktiki sxemə uyğun gəlmir.

«Sambaçı»nın müdafiəyə kömək xarakterli tələbə uymaması, hərəkət traektoriyasının azlığı Berdiyevə xoş gəlməmişdi. Odur ki, rəhbərliyə sözügedən hücumçu ilə əlaqəli mənfi raport vermişdi.

«Kəpəz» və «Zirə»nin maraq dairəsində olan forvardın «Turan»la sözləşməsi 2025-ci ilin yayında bitəcəkdi. Tərəflər bir «sağ ol»la yollları ayırmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:50 Bu oyunda favorit sənsən!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 11:00 Xeyir və uğur bundadır!