«Kəpəz» hücumçusu Orxan Əliyevi satıb.
Bu haqda klubdan redaksiyamıza məlumat verilib.
Saytımıza bildirilib ki, adıçəkilən forvard bu ildən «Turan Tovuz»un formasını geyinəcək.
Premyer Liqanın geridə qalan hissəsində 4 qol vuran 29 yaşlı ön xətt oyunçusu qonşu rayon komandasına əl-qolunu yanına salaraq getməyib. «Turan Tovuz» ona görə «sarı-göylər»ə iri məbləğdə təzminat ödəyəcək.
Əslində, «Kəpəz» ən qolçu ismini satmaq fikrində olmayıb. Sadəcə, Əliyev ayrılmaq üçün israr edib.
Bütün günü klub rəhbərliyinin və baş məşqçi Azər Bağırovun qapısının önündə «keşik çəkib», onlarla söhbət əsnasında isə göz yaşı töküb.
Onu «Turan»a aparan səbəb puldur. Tovuzda ona daha yüksək əməkhaqqı və mükafat vəd ediblər.
SPORTİNFO.AZ