"Kəpəz"in müdafiəçisi zədəsini sağaldan futbolçusu İlkin Qırtımov məşqlərə başlayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti açıqlama yayıb:
"Bərpaedici xarakter daşıyan çalışmalar həkimlərin tövsiyyələri əsasında məşqçilərin nəzarəti altında aparılır.
Təcrübəli müdafiəçi zal şəraitində yüngül hərəkətlərlə fitnes məşqləri keçir, meydanda müxtəlif məsafələrə qaçışla fiziki hazırlığını artırmağa çalışır".
Qırtımov noyabr ayında əməliyyat olunmuşdu.