COP29

Bu hadisə Azərbaycan klubunun əcnəbisini ağlatdı - VİDEO

20 Avqust 09:40 Kəpəz 2 054
Bu hadisə Azərbaycan klubunun əcnəbisini ağlatdı - VİDEO

«Kepəz»in qapıçısı Rojerio Santos bir müddət yaşıl meydanlarda görünə bilməyəcək.

Buna səbəb çiynindən aldığı zədədir.

Portuqaliyalı kiper Premyer Liqanın ikinci turunda «Qarabağ»a qarşı keçirilən səfər matçında (3:0) sıradan çıxıb.

O, 24-cü dəqiqədə göz yaşları içində əlcəklərini soyunub və yerini Məmməd Hüseynova verib. Santosun əvəzlənərkən necə dilxor olması kameralara tuş gəlib və sosial şəbəkələrdə geniş yayılıb.

Qapıçının ağlamaqda davam etməsini görən baş məşqçi Adil Şükürov ona ürək-dirək verib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…