COP29

"Kəpəz"in növbəti "qara gün"ü

16 İyul 01:20 Kəpəz 2 097
"Kəpəz"in növbəti "qara gün"ü

Azərbaycan Premyer Liqası komandalarından "Kəpəz" və "Şamaxı" yoxlama oyunu keçirib.

Sportinfo.az xəbər verir ki, sözügedən komandalar bu gün Qəbələ şəhər stadionunda bir-biri ilə üz-üzə gəlib.

Matç "Şamaxı"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın heyətində Səbayıl Bağırov və Arsen Ağcabəyov fərqlənib.

"Kəpəz" bunadək 1 yoxlama oyunu keçirmişdi. Adil Şükürovun kollektivi "Turan Tovuz"a 0:4 hesabı ilə uduzub.

"Şamaxı" isə bunadək yoxlama oyunu keçirməmişdi. Komanda yay toplanışında daha 3 matça çıxmağı planlaşdırır. Lakin rəqiblərin kimliyi hələlik məlum deyil.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?