"Kəpəz"in baş məşqçisi Azər Bağırov qış toplanışı zamanı komandasının ilk məşqində iştirak edə bilməyib.
Sportinfo.az xəbər verir ki, buna səbəb 40 yaşlı mütəxəssisin bel nahiyəsindən kiçik əməliyyat keçirməsidir.
"Kəpəz" qış təlim-məşq toplanışına bu gün start verəcək.
Komanda yanvarın 9-da "Qarabağ"la yoxlama görüşündə qüvvəsini sınayacaq.