COP29

Rəhbər o qədər pul tapa bilmədi, baş məşqçi aranı sakitləşdirdi

10 Noyabr 11:05 Kəpəz 1 600
Rəhbər o qədər pul tapa bilmədi, baş məşqçi aranı sakitləşdirdi

«Kəpəz»in İdarə Heyətinin sədri İlqar Nadiri futbolçulara verdiyi sözü tuta bilməyib.

O, Premyer Liqanın 12-ci turunda «Səbail»ə 1:0 hesabıyla qalib gələn komandanın hər bir üzvünə 1500 manat vəd etsə də, yekunda 1000 manat ödəyib.

«Sarı-göylər» bundan narazı qalsa belə, rəhbərə etirazını kəskin formada bildirməyib.

Çünki baş məşqçi Azər Bağırov Camal Səfərovun sona 12 saniyə qalmış vurduğu qolla aktivinə 3 xal yazmış kollektivə izah edib ki, Nadiri pulu oradan-buradan tapır, bəzən borc alır.

«Kəpəz» cari mövsümdə ilk qalibiyyətini 9-cu turda qazanıb. «Neftçi»ni Tovuzda 4:3 hesabıyla üstələyən gəncəlilər həmin vaxt da 1000 manat mükafat alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Noyabr 17:30 Çək və bizə göndər!