"Kəpəz" təslim olmur”.
Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində Gəncə təmsilçisinin Premyer Liqanın ilk 18 turu ərzində qazandığı nəticələri qiymətləndirib.
Tanınmış teleşərhçi bildirib ki, Azər Bağırovun gəlişindən sonra ”sarı-göylər” gəlib,
11 xal toplayıb və turnir cədvəlinin axırıncı piləsindən qurtulub.
Abbasov qeyd edib ki, yeni baş məşqçinin təyinatına kimi hamı komandanın I Liqaya yuvarlanacağını proqnozlaşdırırdı, indi isə vəziyyət dəyişib.
Ekspert Bağırovun ”Kəpəz”a maraqlı dəst-xətt aşıladığını, baxımlı futbol oynatdığını söyləyib.
Müsahib vurğulayıb ki, klubun İdarə Heyətinin sədri İlqar Nadiri kollektivə hər cür diqqət və qayğı ilə yanaşır, çalışdırıcıya əlindən gələn köməkliyi göstərir.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN