COP29

Premyer Liqa təmsilçisi icarəyə götürdüyü xarici yığma üzvündən İMTİNA ETDİ

26 Sentyabr 11:40 Kəpəz 1 084
Premyer Liqa təmsilçisi icarəyə götürdüyü xarici yığma üzvündən İMTİNA ETDİ

«Kəpəz»in baş məşqçisi Azər Bağırov 3 aydan artıqdır baxışda olan legioner barədə yekun qərar verir.

Söhbət İssa Hudadan gedir.

Təcrübəli mütəxəssis Adil Şükürovun vaxtında düşərgəyə cəlb edilən və icarə müqaviləsi bağlınanılan yarımmüdafiəçini bəyənməyib. O, Qananın U-23 yığmasının üzvünün vaxtından xeyli qabaq geri göndərilməsini tapşırıb.

Ümumiyyətlə, Premyer Liqanın ilk 7 həftəsində məğlubiyyətləri sıralayan «Kəpəz»də köklü islahatların başlaması qərara alınıb.

Rəhbərlik Adil Şükürovun yayda düşərgəyə dəvət etdiyi legionerlərin bir çoxuyla yolları ayırmağı qətiləşdirib.

Təbii ki, bu məsələ Azər Bağırovla razılaşdırılıb.

Yeni baş məşqçi ondan qabaq komandaya cəlb olunmuş əcnəbi futbolçulardan minimum 4 nəfərin qış fasiləsinədək düşərgədən göndərilməsini istəyib.

Gəncə təmsilçisi hazırda I Liqaya yuvarlanmağa ən real namizəd sayılır. Premyer Liqanın xalı olmayan yeganə iştirakçısı turnir cədvəlinin son pilləsinə yuvaprlanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti