Premyer Liqanın 12-ci turu «Kəpəz»in ovqatını düzəltdi.
Tovuzda «Səbail»i qəbul edən Gəncə təmsilçisi son dəqiqədə vurduğu yeganə qolla 3 xalı öz aktivinə yazdı.
Final fitindən sonra Azər Bağırovun sevincini görməyə dəyərdi. «Sarı-göylər»in baş məşqçi postunda ikinci qələbəsini qazanan mütəxəssis tribunaya bir mesaj çəkdi.
O, üzünü həmin tərəfə çevirərək, orta yaşlı şəxslərdən birinə «hava öpücüyü» göndərdi.
Əl hərəkətlərindən anlaşıldı ki, Bağırovu qalibiyyəti ona həsr etdiklərini demək istədi. Həmin fanat isə bu jestdən mütəəssir olaraq, əlini sinəsinə qoydu, öz təşəkkürünü belə ifadə etdi.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN