«Kəpəz» Premyer Liqanın cari mövsümündə ikinci qələbəsini dünən qazandı.
Tovuzda «Səbail»i qəbul edən «sarı-göylər» 3 xalı 1 qolla aktivinə yazdı.
«Sabah»dan icarəyə götürülmüş Camal Cəfərov 90+5-ci dəqiqədə qəhrəman oldu.
12-ci turda qeydə alınan nəticə Gəncə təmsilçisini turnir cədvəlinin son - 10-cu pilləsindən yuxarı qaldırmasa da, futbolçular maliyyə cəhətdən irəli salıb.
Belə ki, klub rəhbərliyi əsas heyət üzvlərinin hər birinə 1500 manat mükafat ayırıb.
Maraq üçün deyək ki, ilk dövrənin doqquzuncu turunda «Neftçi»ni 4:3 hesabıyla üstələmiş komandanın futbolçularına 1000 manat ödəmə edilib.
SPORTİNFO.AZ