
«Kəpəz»in yeni rəhbərliyi növbəti mövsümün fəaliyyət proqramının icrasına start verib.
Premyer Liqada yerini qorumaq tapşırığının öhdəsindən gələn Azər Bağırov bu planın mərkəzindədir.
Yanvarda «sarı-göylər»i himayəsinə götürmüş şirkətin mənsubları baş məşqçiyə müqaviləni uzatmaqla bağlı təklif irəli sürüb.
Hazırda tərəflər arasında danışıqlar gedir. Sövdələşmə gerçəkləşsə, «Pro» kaieqoriyalı mütəxəssis 1+1 il müddətinə sükan arxasında dayanacaq.
«Araz-Naxçıvan»ın sabiq çalışdırıcısı ötən ilin sentyabrında «Kəpəz»də işə başlayıb. O, bu postda Adil Şükürovu əvəzləyib.
Qərblilər Bağırovun sayəsində 28 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Son sıradakı «Səbail»lə aralarındakı xal fərqi 7-dir.
SPORTİNFO.AZ