Ona da "torba"nı hakimlər tikir - Bir qələtlik göstəriş

11:05 Kəpəz 637
Ona da "torba"nı hakimlər tikir - Bir qələtlik göstəriş

«Kəpəz» çempionatda qalmaq vəzifəsinin öhdəsindən daha əvvəl gəlib.

99 faiz bu işi sona çatdırıblar.

«Səbail»dən uzaqlaşmağın bir rahatlığı var komanda daxilində. Eyforiyada deyillər, amma narahat da deyillər.

Artıq Azər Bağırovun edə biləcəyi nəsə qalıb. O, işini görüb qurtarıb.

Amma deyəsən, hakimlərin onunla işi hələ qurtarmayıb. Hər halda mətbuat konfransında söylədikləri bir az da təəccüb doğurdu.

Dördüncü hakim Kamranbəy Rəhimovun Azər Bağırova «əlini aşağı sal» deməsi... İndiyədək çox şey eşitmişdik, bir bu qalmışdı.

Bağırov Premyer Liqada ən çox sarı vərəqə alan baş məşqçidir. Kamranbəy həqiqətən belə deyibsə, mən buradan iddia edirəm - hakimlər sözü bir yerə qoyaraq, ona «torba» tikməyi qarşılarına məqsəd qoyublar.

Ğör, Bağırova necə antipatiya bəsləyirlər ki, Gəncələn olan Rəhimov da doğma şəhərinin komandasının baş məşqçisinə qarşı bu cür davranır.

Əgər Kamranbəy o cür ifadə işlədibsə, həddini aşıb. Səlahiyyətlərini bilsəydi, belə qələt eləməzdi.

Yox, bilə-bilə bu göstərişi veribsə, onu Premyer Liqaya gətirənlərin başına özləri boyda daş düşsün!

Azər Bağırova səslənirəm - fikir vermə, işində ol. Liqaya hakim qiyafəsində soxulan nadürüstlər çoxdur, baş qoşma!

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti