"Bu, bizə bir şey verməyəcək" - Azər Bağırov

20 Aprel 18:50 Kəpəz 413
"Bu, bizə bir şey verməyəcək" - Azər Bağırov

"Kəpəz" Azərbaycan Premyer Liqasının 31-ci turunda səfərdə "Şamaxı"ya 1:2 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyuna itkilərlə gəlmişdik. Bir neçə futbolçumuz zədəli və cəzalı idi. Rəqib bir səhvimizdən istifadə edib önə keçdi. Şanslarımız olsa da, dəyərləndirə bilmədik. İrəliyə baxmaq və çox çalışmaq lazımdır.

- Qələbə qazansaydız, "Şamaxı"ya çatırdız. Buna görə heyfslənirsiz?

- Heyfslənmək bizə bir şey verməyəcək. Səhvlərdən nəticə çıxarmaq lazımdır.

- Zədəli futbolçulardan növbəti oyuna kimlər hazır olacaq?

- Mahamadu Ba qayıdacaq. Rauf Hüseynlinin qayıtmaq ehtimalı 50/50-dir.

- "Sumqayıt" və "Şamaxı" ilə oyunlarınız alınmır. Bunun səbəbi nədir?

- Hər şey ola bilər. Bu gün rəqibə elə də çox şans vermədik. Belə oyunlarda psixoloji təzyiq çox olur. Yüz faizli iki epizodumuz oldu. Yəqin ki, bu gün bizim günümüz deyildi.

Digər Xəbərlər
Xəbər Lenti
20 Aprel 20:00 Çək və bizə göndər!
20 Aprel 11:30 Həm SİZ, həm BİZ...