Bir dəfə eləmişik, yenə də edərik - Bölgə duelindən əvvəl mesaj göndərdi

16:05 Kəpəz 151
Bir dəfə eləmişik, yenə də edərik - Bölgə duelindən əvvəl mesaj göndərdi

“Şamaxıda oynamaq asan deyil, ancaq biz bu komandanı“evində udmağı bacarmışıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in legioneri Dioqo Verdaşka deyib.

Bazar günü Şamaxıda baş tutacaq qarşılaşmada bölgə komandaları üz-üzə gələcək.

Şamaxılılar Premyer Liqada qalmaq tapşırığının öhdəsindən böyük ölçüdə gəlsə də, gəncəlilər eyni məqsədə çatmaq üçün növbəti qələbənin arzusundadır.

Qonaqlar qalib gələcəyi halda, “Şamaxı” ilə xal fərqini bərabərləşdirəcək (31). Yox, qərb təmsilçisi uduzsa, “Səbail” də “Sabah”ı udsa, vəziyyət qəlizləşəcək.

Portuqaliyalı müdafiəçi səfərə qələbə dalınca yollanacaqlarını bildirib:

“Şamaxı”nı səfərdə bir dəfə udmağımız bizim üçün əla motivasiyadır. Digər motivasiya verən məqam mümkün qələbə sayəsində üst pillələrə yüksəlmək şansının olmasıdır.

Rəqibə hörmət edərək demək istəyirəm ki, məqsədimiz qələbə olacaq. Komanda birliyi namayiş etdirməklə hədəfə çatacağımıza inanıram.

Son dörd oyunda məğlub olmamışıq. Hazırda komandada əhval-ruhiyyə yüksəkdir”.

Bazar günü Şamaxı şəhər stadionunda baş tutacaq qarşılaşma saat 16:30-da start götürəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti