"Qarabağ" və "Neftçi"nin ardınca bölgə klubunun hədəfindəki növbəti QURBAN...

13 Aprel 14:25 Kəpəz 1 028
"Qarabağ" və "Neftçi"nin ardınca bölgə klubunun hədəfindəki növbəti QURBAN...

"Kəpəz" Premyer Liqanın 30-cu turunda "Araz Naxçıvan"ı qonaq edəcək.

Tovuz şəhər stadionunda keçiriləcək görüş Muxtar respublika təmsilçisi üçün xoş gələcək vəd etmir.

Düzdü, komanda son iki matçda qələbəyə sevinib.

Öncə ölkə kubokunda güclü "Qarabağ", ardınca liqada "Sumqayıt" məğlub edilib.

İşi burasındadır ki, budəfəki rəqib - "Kəpəz" ev oyunlarını keçirdiyi Tovuzda rəqib tanımır.

Özü də iddialı rəqiblərlə matçlarda Azər Bağırovun komandası qarşısıalınmazdır.

Əbəs deyil ki, bu ilə Gəncə təmsilçisi qonşu rayonda "Sabah", "Neftçi" və "Turan Tovuz"u məğlub edib, "Qarabağ"la bərabərə qalıb.

"Növbəti "qurban" "Araz" ola bilərmi" sualına bölgə klubunun yarımmüdafiəçisi Elmir Tağıyev belə cavab verib:

"Araz Naxçıvan" çox yaxşı komandadır. Çox yaxşı futbol oynayırlar. Əbəs deyil ki, liderlər qrupunda yer alırlar.

Yaxşı hazırlıq keçmişik. İnşallah, müsbət nəticə qazanmaq istəyirik. Bu görüşdə də xallar qazanmaq bizə əlavə motivasiya verəcək. Son 6 görüşdə daha rahat olmağımıza yol açacaq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 18:10 Çək və bizə göndər!
14 Aprel 17:20 Oralarda bir Emil var...
14 Aprel 11:00 Burada sənə YER VAR!