
«Kəpəz» ötən həftəsonu Premyer Liqada qalmaq yolunda mühüm addım atdı.
29-cu turda «Sabah»ın qonağı olan gəncəlilər Masazırdan 3 xalla ayrıldı.
Valdemar Almeydanın ilk hissədə vurduğu yeganə qolla səfərdə qalibiyyət əldə edən «sarı-göylər»i klub rəhbərliyi maddi cəhətdən razı salıb.
Yeni sponsor tərəfindən komanda üzvlərinin hər birinə 2500 manat mükafat ayrılıb.
Ümumiyyətlə, klubu himayəsinə götürmüş şirkət səxavətini onlardan əsirgəmir. Təsis etdikləri mükafat fondunun məbləği 500 min manat civarındadır.
İndi burada minimal ödəmə 1000 manatdan başlayır. Bu, 1 xalın qarşılığıdır.
Qalibiyyət müqabilində verilən ənam isə 2000-2500 manatdan aşağı deyil. Sezonun əvvəli ilə müqayisə etsək, ödənilən vəsaitin miqdarında 2-3 dəfə artım var.
«Kəpəz»in aktivində aprtıq 27 xal var. Turnir cədvəlinin 9-cu pilləsində qərarlaşan kollektiv son sıradakı «Səbail»i 7 xal qabaqlayır.
SPORTİNFO.AZ