“Sabah” Premyer Liqanın güclü klublarındandır, o təzyiqə dözmək çətin oldu”

9 Aprel 02:10 Kəpəz 302
“Sabah” Premyer Liqanın güclü klublarındandır, o təzyiqə dözmək çətin oldu”

“Turnir cədvəlində yaxın pillərdə olduğumuz rəqiblərlə oynayanda üzərimizdə daha çox təzyiq ola bilir.

Bir az daha güclü rəqiblərlə matçda isə bir qədər daha rahat oluruq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Kəpəz”in qapıçısı Rojerio Santos deyib.

Braziliyalı kiper səfərdə “Sabah” üzərindəki qələbəni dəyərləndirib. O, bu matçın onlar üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Çox önəmli matç idi. “Sabah” Premyer Liqanın güclü klublarındandır. Ona görə o təzyiqə dözmək çətin oldu.

Amma əsas odur ki, komanda şəklində mübarizə apararaq 1:0 hesabı ilə qalib gəldik. Sevinirik ki, 3 xalı qazandıq və “Səbail” ilə xal fərqini daha da artırdıq”.

Digər Xəbərlər
Xəbər Lenti