"Rəqibin "Sabah" və ya "Qarabağ" olması bizim üçün fərq etmir"

10 Aprel 22:40 Kəpəz 333
"Rəqibin "Sabah" və ya "Qarabağ" olması bizim üçün fərq etmir"

"Sabah"də "Kəpəz" lənəti davam edir.

"Tələbələr" bu mövsüm ardıcıl üçüncü matçda da bölgə klubuna qalib gələ bilmədi.

Hər şey birinci dövrdəki möhtəşəm geridönüşdən sonra başlayıb.

Həmin qarşılaşmada 2:0 öndə olan "Kəpəz" yekunda 2:3 məğlubiyyət yaşamışdı.

Məhz bu matçdan sonra komandanın başına keçən Azər Bağırov iddialı rəqibinə gün verib, işıq vermir.

Sonrakı 3 matçda "Kəpəz" aktivinə 2 qələbə, 1 bərabərlik yazdıra bilib.

Görəsən, bu cür uğurlu seriyanın sirri nədədir?

Komandanın yarımmüdafiəçisi Elmir Tağıyevin Sportinfo.az-a açıqlamasında cavabı belə olub:

"Təsadüf olduğunu deməzdim. "Sabah"a qarşı xüsusi hazırlığımız da olmur. Hər komandaya qarşı eyni hazırlaşırıq. Ola bilər ki, iddialı komandalara qarşı motivasiya daha yüksək olur. Bəlkə də bundan irəli gəlir.

Bizim üçün "Sabah" və ya "Qarabağ"ın rəqib olması fərq etmir. Önəmli olan xallar qazanmağımızdır".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti