Şəhərin adamları baş məşqçinin arxasında dayandı! - FOTO

13 Aprel 13:35 Kəpəz 1 158
Şəhərin adamları baş məşqçinin arxasında dayandı! - FOTO

"Kəpəz"in iddialı klublar üzərində hegemonluğu davam edir.

Bölgə klubu "Neftçi", "Qarabağ" və "Turan Tovuz"un ardınca bu dəfə "Sabah"ı xalsız qoydu.

Masazırda keçirilən görüşdə qonaqlar 3 xalı 1 qolla əldə etməyi bacardı.

Qarşılaşmadan sonra əhvalı yerində olan fanatlar futbolçularla qələbəni uzun müddət birgə qeyd etdilər.

Uğurun əsas memarı olan baş məşqçi Azər Bağırov da yaddan çıxmadı.

Azarkeşlər təcrübəli mütəxəssisi olduqları tribunanın önünə dəvətə edərək təşəkkür alqışı səsləndirdilər.

Bunu həm də son zamanlar onun göndəriləcəyi bağlı xəbərlərə verilən "Azər Bağırov "Kəpəz"də qalmalıdır" mesajı kimi də qəbul etmək olar.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Aprel 18:10 Çək və bizə göndər!
14 Aprel 17:20 Oralarda bir Emil var...
14 Aprel 11:00 Burada sənə YER VAR!