
Premyer Liqının 29-cu turun bu gün keçirilən “Sabah” - “Kəpəz” matçında qonaq komanda ciddi itki ilə üzləşib.
Sportinfo.az xəbər verir ki, 18-ci dəqiqədə Mahamadu Ba “Sabah”ın futbolçusu Kahim Parrislə top uğrunda mübarizə zamanı zədələnib.
Bu səbəbdən 25 yaşlı malili yarımmüdafiəçi məcburi əvəzlənməli olub.
O, meydanı xərəkdə tərk edib. Mahamadu Banı Elmir Tağıyev əvəzləyib.