Yeni rəhbərlik növbəti mövsümə başqa məşqçi ilə başlayacaq?

6 Aprel 20:10 Kəpəz 1 260
Yeni rəhbərlik növbəti mövsümə başqa məşqçi ilə başlayacaq?

"Kəpəz" Premyer Liqanın 29-cu turu çərçivəsində səfərdə "Sabah"ı 1:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Azarkeşlərimizə təşəkkür edirəm. Maraqlı oyun alındı. Qolumuzu vurub müdafiəyə çəkildik, əks-hücumda oynamağa çalışdıq. İstədiyimiz nəticəni qazandıq.

- İddialı komandalarla oyunlarda "Kəpəz" daha yaxşı çıxış edir. Bunun səbəbi nədir?

- Futbolçuların üzərində böyük təzyiq var. Bunu özümüz də hiss edirik. Turnir cədvəlində bizə yaxın olan komandalarla oyunlarda məsuliyyətimiz dağa çox olur. İtirməkdən qorxursan. Amma belə matçlarda itirməkdən qorxmursan, daha rahat olursan. Psixoloji cəhətdən söhbətlər etməliyik.

- "Səbail"lə xal fərqi 7 oldu. Artıq Premyer Liqada qalmağı təmin etdiyinizi demək olar?

- Yox. Hələ qarşıda 7 tur var. Döyüş davam edir. Axıra qədər mübarizə aparmaq lazımdır.

- Belə iddialar var ki, yeni rəhbərlik növbəti mövsümə başqa məşqçi ilə başlayacaq. Bu xəbərlərin reallığı nə qədərdir?

- Bu, mənim cavablandıracağım sual deyil. Mənim boynumda bir missiya var. Bir məşqçi olaraq bu missiyanın öhdəsindən gəlməliyəm. Digər məsələləri danışmaq ikinci növbədədir. Rəhbərliklə danışıqlarda müsbət fikirlər var. İnanıram ki, gələn mövsüm daha yaxşı "Kəpəz" görəcəyik.

Digər Xəbərlər
Xəbər Lenti