
«Son vaxtlar sosial şəbəkələrdə haqqımda yayılan xəbərlərin heç biri həqiqəti əks etdirmir».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in baş məşqçisi Azər Bağırov deyib.
Gəncə təmsilçisinin çalışdırıcısı yeni rəhbərliyin onu istefaya göndərməyə hazırlaşması barədə iddialara münasibət bildirib.
Ötən ilin sentyabrından bəri «sarı-göylər»in sükanı arxasında dayanan sükançı söyləyib ki, tərəflər arasında hansısa problem yoxdur:
«Mənim onlarla görüşüm olmayıb. Bütün fikrimizi qarşıdakı oyunlara vermişik.
Biz yalnız Premyer Liqada qalmaq uğrunda düşünürük.Hər şeyə mövsümün sonunnda aydınlıq gələcək.
Ona qədər bütün gücümüzü qoyacağıq ki, çempionatda yerimizi qoruyaq. Rəhbərlik tərəfindən komandaya böyük diqqət var.
Hamısından razıyıq. Əllərindən gələni edirlər ki, futbolçular oyunlara yaxşı hazırlaşsın».