
"Kəpəz"in müdafiəçisi İlkin Qırtımov Sportinfo.az-a açıqlama verib.
Vitse-kapitan Premyer Liqanın 29-cu turunda "Sabah"la baş tutacaq qarşılaşma barədə gözləntilərini bölüşüb:
"Sabah" çox keyfiyyətli komandadır. Hücum xətti çox təhlükəlidir. Həm müdafiədə, həm də hücumda diqqətli olmalıyıq".
Qırtımov rəqibin iki cəbhədə mübarizə aparmasını komandası üçün üstünlük hesab etdiyini sözlərinə əlavə edib:
"Sabah"ın Ölkə Kubokunda da çıxış etməsi bizim üçün üstünlük sayıla bilər. Amma hər bir halda sona qədər vuruşmalıyıq".
Bu mövsüm tərəflər arasında baş tutmuş 3 dueldə bölgə klubunun nəticələrini müsbət hesab etmək olar. Qərb təmsilçisi bir görüşdə məğlub olub, digər iki matçda isə aktivinə 4 xal yazdıra bilib.
32 yaşlı arxa xətt oyunçusu "Sabah"ı sizin üçün sevimli rəqib saymaq olarmı" sualına belə reaksiya verib:
"Sevimli rəqib olduğunu deməzdim. Amma bu komanda ilə oyunumuz daha yaxşı alınır. İnşallah, bu oyunda da daha yaxşı oynayıb, qələbə qazanarıq".
XANOĞLAN