Sonraya qaldı: Premyer Liqada hansı komanda qalacaq? - VİDEO

30 Mart 19:25 Kəpəz 351
Sonraya qaldı: Premyer Liqada hansı komanda qalacaq? - VİDEO

Premyer Liqanın XXVIII turunda "Kəpəz" "Səbail"lə qarşılaşıb.

Tovuz şəhər stadionunda keçirilən oyunda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Görüşdə hesabı gəncəlilər açıb. Fasiləyə dörd dəqiqə qalmış Şevroni Mabatşoev fərqlənib. "Dənizçilər"i məğlubiyyətdən xilas edən qol isə 68-ci dəqiqədə vurulub. Dmitro Litvin baş zərbəsi ilə hesaba tarazlıq gətirib.

Qərb təmsilçisi 24 xalla doqquzuncu, Bakı klubu 19 xalla sonuncu - onuncu pillədə qərarlaşlb.

"Kəpəz" - "Səbail" 1:1
Qollar
: Şevroni Mabatşoev, 41 // Dmitro Litvin, 68
Tovuz şəhər stadionu, 450 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Zöhrab Abbasov
Dördüncü hakim: Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Dioqo Verdaska, 61 (qeyri-idman hərəkəti) // Gitay Sofir, 16 (qeyri-idman hərəkəti); Süleyman Əhmədov, 76 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.

“Kəpəz”: 1. Rojerio Santos 2. İlkin Qırtımov (k) (78. Yeqor Xvalko, 83) 7. Ehtiram Şahverdiyev (21. Camal Cəfərov, 69) 12. Turan Manafov 5. Rauf Hüseynli 26. Valdemar Almeyda 9. Luis Paçu (19. Sadiq Şəfiyev, 83) 29. Dioqo Verdaska 28. Rati Ardazişvili (10. Karim Lkoça, 75) 3. Mahamadu Ba 88. Şevroni Mabatşoev (11. Trent Buhagiar, 75)
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 18. Elgün Bayramov 99. Əli Səmədov 70. Nicat Süleymanov 8. Elmir Tağıyev 6. Nemət Musayev 17. Ümid Səmədov
Baş məşqçi: Azər Bağırov

“Səbail”: 12. Əlirza Müştəbazadə 22. Mirabdulla Abbasov (99. İnnosent Nşuti, 58) 74. Yusif Nəbiyev (k) (18. Süleyman Əhmədov, 46) 77. Fərid Nəbiyev 20. Mert Çelik (16. Emin Rüstəmov, 80) 11. Rüfət Abdullazadə 83. Nihad Quliyev (97. Oruc Məmmədov, 46) 3. Dmitro Litvin 4. Marko Nikoliç 7. Madi Queta 5. Gitay Sofir (19. Samir Abdullayev, 58)
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 25. Nicat Məmmədzadə 88. Hacıəli Şirəliyev 10. David Qomis 44. Amir Bilali
Məşqçi: Elvin Məmmədov

Digər Xəbərlər
Xəbər Lenti
31 Mart 23:45 3 qol - VİDEO