“Mən uduzmaq istəmirsən”

30 Mart 19:15 Kəpəz 1 139
“Mən uduzmaq istəmirsən”

Sportinfo.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Azər Bağırov Premyer Liqanın 28-ci turunun "Səbail"lə görüşündən (1:1) sonra keçirilmiş mətbuat konfransında sualları cavablandırıb.

- Maraqlı oyun oldu. İki fərqli hissə izlədik. İlk yarıda daha yaxşı idik. İkinci hissədə sonuncu ötürmələr alınmadı. Heç nədən qol buraxdıq. Bilirdik ki, rəqibin ucaboy futbolçuları var, standart vəziyyətlərdən istifadə edəcəklər. Belə də oldu. Bu gün qələbə qazana bilsəydik, turnir cədvəlində vəziyyətimizi daha da yaxşılaşdıra bilərdik. Çempionatın daha maraqlı hissəsi hələ qabaqdadır.

- "Neftçi"ni məğlub edən, "Qarabağ"la heç-heçə oynayan "Kəpəz" niyə "Səbail"ə qalib gələ bilmir?

- Həmişə turnir cədvəlində rəqibimiz olan komandalarla oyunlarda psixoloji gərginlik olur. Uduzmaq, xal itirmək istəmirsən. Komanda "Neftçi", "Qarabağ", "Sabah"la daha rahat oynayır. Məncə, sırf psixoloji problemdir.

- Mövsümün sonuna az qalmış müdafiəçi transfer etdiniz. Bu, nə ilə bağlıdır?

- Bizim mərkəz müdafiəçisi mövqeyi ilə bağlı problemimiz var idi. Bu gün İlkin Qırtımovu zədəli halda meydana buraxdıq. Bir oyunçunu itirəndə böyük rotasiyalar edə bilmirik. Yerli oyunçu sarıdan da problemlərimiz var.

- 90 dəqiqəni eyni tempdə keçirməyə nə mane olur?

- Əslində 90 dəqiqəni eyni tempdə keçirmişik. İkinci hissədə rəqibin hücuma atılacağını bilirdik. Buna görə də əks-hücumda oynamaq istəyirdik. Sadəcə əks-hücumlarda incə ötürmələr çatmadı.

- Yeqor Xvalkonun ehtiyatda qalması nə ilə bağlı idi?

- İlkin Qırtımov "Qarabağ"la matçda yaxşı təsir bağışladı. Həftəni də yaxşı keçirmişdi. Böyük dəyişikliklər etmək istəmədik. "Qarabağ"a qarşı yaxşı müdafiə olunduq.

- Bu, Xvalkoya psixoloji cəhətdən mənfi təsir edə bilər?

- Xvalko neçə ildir komandamızın üzvüdür. Yerli oyunçu yoxdur deyə rotasiyalar etməyə çalışırıq. İlkini start heyətində oynatmaqla irəli xətdə legioner oynada bilirik. Qabağa yerli futbolçulardan kimisə qoysaq, hücum rəngarəng olmayacaq.

- Sizcə, 8 tura 5 xallıq fərq aradan qalxa bilər?

- Elə də böyük fərq deyil. İki oyun uduzsaq, rəqib isə qələbə qazansa, yerlər dəyişir.

Digər Xəbərlər
Xəbər Lenti
31 Mart 23:45 3 qol - VİDEO