“Bunu qətiyyən ağlımdan keçirmirəm“ - Proqnoz verdi

30 Mart 14:25 Kəpəz 388
“Bunu qətiyyən ağlımdan keçirmirəm“ - Proqnoz verdi

Bu gün Premyer Liqanı tərk edəcək komandanın adına böyük ölçüdə aydınlıq gələ bilər.

Hazırda 18 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Səbail” Tovuzda əsas rəqibi “Kəpəz”in qonağı olacaq.

Gəncə təmsilçisinin “dənizçilər”i 5 xal qabaqladığını nəzərə alsaq, nominal meydan sahiblərinin mümkün qələbəsi fərqi 8-ə yüksəldəcək ki, “Səbail” növbəti səkkiz həftədə bu fərqi çətin arada qaldıra. Daha doğrusu, “Kəpəz”in buna imkan verəcəyi inandırıcı görünmür.

Autsayderlərin səs-küylü qarşılaşmasından əvvəl Sportinfo.az-a açıqlama verən gəncəlilərin qapıçısı Rojerio Santos iddialı danışıb:

“Hər iki komanda üçün vacib oyundur. Belə matçlara “6 xallıq oyun” deyirlər.

Əminliklə deyə bilərəm ki, bizim üçün mövsümün ən vacib qarşılaşmasıdır. “Qarabağ”a qarşı sərgildiyimiz futbolu göstərsək, “Səbail”i udacağıq.

Məğlub olsaq? Bunu qətiyyən ağlımdan keçirmirəm. Hədəfimiz yalnız 3 xaldır.

Premyer Liqadakı yerimizi qorumaq üçün vacib 90 dəqiqədir. Qalib olmaq üçün hər şey etməliyik”.

Martın 30-da Tovuz şəhər stadionunda baş tutacaq duelin start fiti saat 16:00-da çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
31 Mart 23:45 3 qol - VİDEO