
«Əsl mübarizə irəlidədir».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Kəpəz»in hücumçusu Karim Lkoça deyib.
Mərakeşli legioner Premyer Liqada qalmaq uğrunda rəqabətdən danışıb. O, hər şeyin hələ qabaqda olduğunu bildirib:
“Səbail”lə öz aramızda oyunumuz qalır. Odur ki, həvəsdən düşməyə gərək yoxdur.
Qarşıdan gələn matça ciddi hazırlaşırıq ki, qalib gələk. Taleyimiz kiminsə əlində deyil.
Hər şey öz əlimizdədir. Önəmli olan da budur“.
Gəncə təmsilçisi 27 tura 23 xal toplayıb və turnir cədvəlində 9-cu pilləyə sahiblik etməkdədir.
Sonuncu sıraya «dəmir» atmış «Səbail»i 5 xal qabaqlayan «sarı-göylər»in özündən bir üst yerdəki «Şamaxı» ilə arasındakı xal fərqi də elə bu qədərdir.