
Premyer Liqanın ötən turunda «Qarabağ»la qolsuz heç-heçə edən «Kəpəz»in futbolçuları onlara vəd olunan mükafatı ala bilməyib.
Bu barədə redaksiyamıza komanda üzvlərinin özləri məlumat verib.
Onların bildirdiyinə görə, yeni sponsorun adından «ənam» vədi alsalar da, sonradan bu yöndə heç bir addım atılmayıb.
Oyunçular 1000 manat məbləğində mükafatın ödənilməməsinin səbəbini bilmədikərini, rəhbərlikdən heç bir reaksiya olmadığını söyləyib.
Saytımız bu hadisənin təfərüatını klubdan öyrənib. Bizə verilən bilgiyə görə, mükafat fondu ləğv edilməyib, kollektiv ona deyilən pulu alacaq.
Sadəcə, hazırda ölkədə 12 günlük bayram tətili olduğundan, bank sistemi işləmir və həmin vəsait aprelin ilk günlərində futbolçuların hesablarına köçürüləcək.
SPORTİNFO.AZ