“Azərbaycan klubları daha bahalı xarici oyunçular gətirə bilirlər”

25 Mart 02:00 Kəpəz 996
“Azərbaycan klubları daha bahalı xarici oyunçular gətirə bilirlər”

“Kəpəz”in kapitanı Yeqor Xvalko Azərbaycan çempionatının səviyyəsi ilə bağlı fikirlərini bildirib.

Sportinfo.az xəbər verir ki, müdafiəçi bu barədə Belarusun football.by saytına deyib:

"Səviyyə haqqında danışmaq istəməzdim, çünki Belarusdan üç il əvvəl getmişəm. Hər həftəsonu liqanı izləsəm də, müqayisə etmək düzgün olmaz.

Buraya gəldikdə tez alışdım. Yadımdadır, "Arsenal"da BATE-yə qarşı oynayırdım (biz o zaman qalib gəlmişdik), amma artıq iki həftə sonra "Kəpəz"də "Zirə"yə qarşı meydana çıxdım.

Çətin oldu, dürüst desəm, sanki başqa səviyyədə müqavimət vardı. Amma bir neçə oyundan sonra sürətə alışdım — buradakı sürət Belarusdan yüksəkdir.

Həm də legionerlər arasında fərq var, burada onların keyfiyyəti daha yüksəkdir. Bu, əlbəttə, pulla bağlıdır.

Klublar daha bahalı xarici oyunçuları dəvət edə bilirlər.

İnfrastruktur… Bizim stadion tikilir — hər şey TOP səviyyədə olacaq.

İki təbii meydanımız var, hər gün qayğısına qalınır. Çox yaxşı keyfiyyətdədirlər.

Qışda da orada çalışırıq, amma bu il mənfi temperaturda, elə bil ki, heç olmamışdı. Lakin bizim kimi bazalar hər klubda yoxdur.

Bəzi klublar Bakıdadır və orada Olimpiya Stadionunda məşq edirlər, bir neçə stadion var. "Turan"ın bazasından danışmışdım.

"Neftçi"nin çox yaxşı bazası var, süni və təbii meydanlar, yaxşı otaqlar, əyləncə otaqları. Ümumiyyətlə, bütün komandaların işləyə biləcəyi şərait var. Normal şəraitdir".

Digər Xəbərlər
Xəbər Lenti
25 Mart 11:30 Düzü budur elə!