Onu baş məşqçi postundan istefaya göndərmək istəyənlər kimlərdir? - VİDEO

24 Mart 12:20 Kəpəz 2 039
Onu baş məşqçi postundan istefaya göndərmək istəyənlər kimlərdir? - VİDEO

"Kəpəz"in yeni sponsorları ona dəstək olmalıdır".

Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.

O, ATV kanalında yayımlanan "Futbolumuz" verlişində son vaxtlar istefaya göndəriləcəyi barədə tez-tez xəbərlər yayılan Azər Bağırovun lehinə fikirlər səsləndirib.

Tanınmış teleşərhçi bildirib ki, sözügedən mütəxəssis ötən ilin sentyabrında komandanı 0 xalla təhvil alıb və ötən müddət ərzində xeyli iş görüb.

Gənc çalışdırıcının "sarı-göylər"i Premyer Liqada saxlamaq üçün "dəridən-qabıqdan" çıxdığını söyləyən ekspert qeyd edib ki, haqqında vüsat alan informasiyalar Bağırovun çəkdiyi əziyyətə tərs-münasibdir.

Abbasov deyib ki, klubun yeni rəhbərliyi bu məsələyə kifayət qədər həssas yanaşmalı, mövsümün axırını gözləməli, indidən belə məlumatların tirajlanmasına rəvax verməməlidir.

Onları baş məşqçiyə dəstək verməyə səsləyən Emin bəyin fikrincə, "Kəpəz" sərgilədiyi futbolla çempionatda yerini qorumağa layiqdir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
25 Mart 11:30 Düzü budur elə!