“Xəzər Lənkəran”ı çalışdırdı, indi də bu Azərbaycan klubunun “qapısını döydü”

23 Mart 14:00 Kəpəz 4 976
“Xəzər Lənkəran”ı çalışdırdı, indi də bu Azərbaycan klubunun “qapısını döydü”

«Xəzər Lənkəran»ın sabiq baş məşqçisi Mirça Rednik yenidən Azərbaycana dönmək arzusundadır.

2010-2011-ci illərdə cənub klubunu çalışdırmış rumıniyalı bu məqsədlə «Kəpəz»in yeni rəhbərliyinə «əlcək atıb».

2011-ci ild «ağ-yaşıllar»a ölkə kubokunu qazandırmış mütəxəssis müxtəlif menecerlər vasitəsilə gəncəli rəsmilərə çıxış taparaq, bura qayıtmaq istədiyini bildirib.

Karyerası ərzində 20-dən artıq iş yeri dəyişmiş işləmiş 62 yaşlı sükançı vəd edib ki, komanda yayda ona tapşıralarsa, iddialı heyət quracaq, birbaşa medallar uğrunda mübarizə aparacaq.

İllər öncə Lənkəranda çalışdığı üçün Gəncə azarkeşlərini də yaxşı tanıdığını söyləyən Rednik əmin eləyib ki, Azərbaycana səviyyəli legionerlər gətirəcək, gözə xoş gələcək futbol oynadacaq, azarkeşlərlərlə isti münasibət quracaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti