Tovuzda qonaqlarına “qəbir” qazan "Kəpəz"lə bağlı İLGİNC MƏQAM!

30 Mart 11:05 Kəpəz 1 801
Tovuzda qonaqlarına “qəbir” qazan "Kəpəz"lə bağlı İLGİNC MƏQAM!

"Kəpəz" ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunun qonaq komanda üçün nəzərdə tutulan paltardəyişmə otağından istifadə edir.

Ev komandası üçün nəzərdə tutulmuş otağı isə rəqiblərin ixtiyarına verir.

Bu hal qış fasiləsindən sonra adət halını alıb.

Və heç də səbəbsiz deyil.

Mövsümün ikinci yarısına "Turan Tovuz"la görüşlə start verən Azər Bağırovun komandası böyükhesablı qələbəyə sevinmişdi - 5:2.

"Yerdəyişmənin düşər-düşməzi olar" deyimini əsas götürən gəncəlilər sonrakı ev matçlarında da meydan sahibi komanda olmasına rəğmən qonaq paltardəyişmə otağının xidmətindən istifadə etməyə davam edir.

Nəticələr isə göz qamaşdırır.

Komanda Tovuzda heç bir rəqibə məğlub olmayıb.

"Sabah", "Turan Tovuz" və "Neftçi" ilə görüşlərdə qələbə qazanan bölgə klubu "Şamaxı" və "Qarabağ"la bərabərə qalıb.

Səfər görüşlərində isə fiasko davam edir. İddialılardan "Zirə"yə uduzan "Kəpəz" Sumqayıt və Bayıldan da xalsız qayıdıb. Yalnız "Araz Naxçıvan"la qolsuz bərabərliklə bitən görüşdən 1 xal qopara bilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 Mart 23:45 3 qol - VİDEO