“Hamı bir nəfər kimi mübarizə apardı ki, “Qarabağ”a uduzmayaq”

19 Mart 23:00 Kəpəz 660
“Hamı bir nəfər kimi mübarizə apardı ki, “Qarabağ”a uduzmayaq”

Turun gözlənilməz nəticəsi Tovuzda qeydə alındı.

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz” nominal meydan sahibi qismində çempion “Qarabağ”a uduzmadı – 0:0.

Sportinfo.az-a müsahibə verən müdafiəçi Rauf Hüseynli suallara aydınlıq gətirib.

- Bu 1 xalı qələbəyə tay tutmaq olar?

- Rəqibin adını, gücünü, statusunu nəzərə alsaq, maksimum nəticə göstərdiyimizi düşünürəm.

- “Qarabağ”ı nəyin sayəsində büdrətdiniz?

- Döyüşkənlik və xal almaq istəyi hər mənada özünü göstərdi. Hamı bir nəfər kimi mübarizə aparırdı ki, uduzmayaq.

- “Sumqayıt”a 0:3 hesablı ağır yenilgidən sonra “Qarabağ”a uduzmayacağınızı təxmin edə bilirdin?

- Öz azarkeşlərimizin qarşısında, üstəlik, bizə rahat olan meydanda oynayırdıq. Süni örtükdə futbol keyfiyyətlərindən çox əzmkarlıq və istək rol oynayır. Çalışırdıq ki, bu cəhətlərdə rəqibdən geri qalmayaq. Ona görə də yaxşı nəticə qazanacağımızı təxmin edirdim.

- Qurban Qurbanov az öncə başa çatan mətbuat konfransında “Kəpəz”in futbolçularının tez-tez yerdə qalmasından və oyunun tempini aşağı olmasından gileyləndi.

- Təbii ki, oyunun tempinin aşağı olması xoş hal deyil. Çalışmalıyıq ki, bu mənada inkişafa nail olaq. “Qarabağ” Avropada oynayır deyə, Qurban Qurbanov çempionatdakı matçlarının sürətinin yüksək olmasını istəyir. Dediklərini anlayışla qəbul edirik.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
March
2025
SunMonTueWedThuFriSat