Qurban Qurbanovun iradına reaksiya gəldi: “Qarabağ” nə qədər maaş verir?”

18 Mart 21:20 Kəpəz 904
Qurban Qurbanovun iradına reaksiya gəldi: “Qarabağ” nə qədər maaş verir?”

“Kəpəz” – “Qarabağ” qarşılaşmasının qolsuz bərabərliklə başa çatmasında Rojerio Santosun əməyi az olmadı.

Portuqaliyalı qapıçı xüsusən matçın sonlarına yaxın bir neçə epizodda komandasını qoldan xilas etdi.

Sportinfo.az-a müsahibə verən Rojerio suallara aydınlıq gətirib.

- “Qarabağ”dan alınan 1 xalı 3 xala tay tutmaq olar?

- 3 xal yox, indiki məqamda bizim üçün vacib 1 olan 1 xaldır. “Sumqayıt”a ağır məğlubiyyətdən sonra məqsədimiz “Qarabağ” kimi rəqibə uduzmamaq idi. Komanda ruhu göstərməklə istəyimizə çatdıq. Bu heç-heçəni çətin günlərdə yanımızda olan azarkeşlərimizə həsr etmək istəyirəm.

- Rəqib komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında “Kəpəz”in futbolçularının tez-tez yerdə qalmasına və oyunun sürətini aşağı düşməsinə kəskin etirazını bildirdi.

- “Qarabağ” futbolçularına nə qədər maaş verir? Bəs, biz nə qədər alırıq? Bu gün keyfiyyətli futbolçulara sahib komandaya qarşı oynayırdıq. Belə oyunlarda tempi aşağı salmağı anlayışla qarşılaşmaq lazımdır. Sizə deyim ki, bu gün meydanı qələbə ilə də tərk edə bilərdik.

- Oyunun tenpini bu və digər üsullarla aşağı salmağı normal hesab etdiyini demək istəyirsən?

- Başqa vaxt olsaydı, bəlkə də tempi salmazdıq. Ancaq ötən həftə 0:3 hesabı ilə uduzduğumuzu və sonuncu pillədəki rəqiblə xal fərqinin az olduğunu nəzərə alsaq, bəli, bunu normal sayıram. Güclü komanda ilə oyunda 90 dəqiqə eyni tempi saxlamaq mümkün deyil. Bunu tək biz etmirik, dünya futbolunda da görmək mümkündür.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 08:50 Bakıda seans keçəcək
18 Mart 05:00 Növbəti etirafı etdi