Nə ətdi, nə də balıq - Samir Abasovun təriflədiyi adama BAXIN

19 Mart 21:00 Kəpəz 471
Nə ətdi, nə də balıq - Samir Abasovun təriflədiyi adama BAXIN

Nə ətdi, nə də balıq...

Bu gün üçün bu deyim Paçunun boyuna biçilib. Söhbət “Kəpəz”in forvardından gedir.

Forvard dediyin qolları sıralayar. Braziliyalının sıralamağı bir kənara, ayamda-sayamda da məşqçilər korpusunu sevindirə bilmir.

29 yaşlı legioner sonuncu dəfə ötən ilin noyabr ayında fərqlənib. Sonrakı 4 ayda 11 oyun keçirib, amma rəqib qapısının yerini tapmaq müşkülə çevrilib. Hətta 2 dəfə 11 metrlik cərimə zərbəsini boşa verib.

Normalda bu göstəricilərə sahib hücumçunun yeri ehtiyat skamiya olmalıdır.

Amma Azər Bağırov biabrıçı statistikaya rəğmən demək olar hər dəfə ona ilk onbirlikdə güvənir.

Bu da səbəbsiz deyil. Paçu qol vura biməsə də yaxşı mübarizə aparmasını görməzdən gəlmək olmaz. Daim rəqib müdafiəsini təzyiqdə saxlayır, ikili mübarizələrdə çox güclüdür. Üçüncü fazada komandasına çox top qazandırır, qalmasına şərait yaradır.

Əbəs deyil ki, “Neftçi”nin baş məşqçisi Samir Aabasov da “Kəpəz”ə məğlubiyyətdən sonra onun adını xüsusi qeyd etmişdi.

Paçunu toxunulmaz edən başqa səbəb isə ehtiyatda 11 oyundu fərqlənə bilməyən biri ilə belə rəqabət apara biləcək ikinci forvardın olmamasıdır.

Bağırovun dərdi həqiqətən çox ağırdı...

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Mart 11:20 Kənarda qalma, dostum!