“Mən Qurban Qurbanovun sözünün qarşısında söz deyə bilmərəm”

15 Mart 19:50 Kəpəz 561
“Mən Qurban Qurbanovun sözünün qarşısında söz deyə bilmərəm”

"Kəpəz" Premyer Liqanın 27-ci turu çərçivəsində Tovuz şəhər stadionunda "Qarabağ"la 0:0 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bütün azarkeşlərimizə təşəkkür edirəm. 1 xal da bizim üçün qənimətdir. "Qarabağ"a qarşı oynamaq həmişə çətindir. Normal oyun getdi. Uduza da bilərdik. "Qarabağ"a qarşı əks-hücumda oynamağa məcbursan.

- Qurban Qurbanov dedi ki, meydança sulanmayıb. Bu fikirlə razısız?

- Qurban müəllimin sözünün qarşısında söz deyə bilmərəm. Dediyində həqiqət var.

- Ev matçlarınızın erkən saatlarda olması işığa qənaət etmək üçündür?

- "Kəpəz"də heç nəyə qənaət olunmur. Məşqçinin bütün istəkləri yerinə yetirilir. PFL oyunu hansı saata salsa, oynamağa hazırıq.

- Komandanın içində olan problemləri tapa bildiz?

- Komandamız üçüncü dövrədə ən yaxşılardan idi. İçəridə olan problemləri özümüz müzakirə edirik. Həmin problemlər tapılıb. Bugünkü oyun da bunun nəticəsidir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Mart 11:20 Bu, cəsarət istəyir!
15 Mart 08:20 Qeyrət üçün 50 manat