Yeni himayədar vəd etdi, bir qucaq pul əllərindən çıxdı!

11 Mart 09:40 Kəpəz 600
Yeni himayədar vəd etdi, bir qucaq pul əllərindən çıxdı!

Premyer Liqada qalmaq iddiasıda olan «Kəpəz» 26-ci turda istəyinə çatmadı.

«Sumqayıt»a qonaq gedən Gəncə təmsilçisi meydandan böyükhesablı məğlubiyyətlə ayrıldı - 0:3.

Bu yenilgi komandanın son sıradakı «Səbail»dən uzaqlaşmasını əngəlləməklə yanaşı, futbolçuların qazancının artmasına da sədd çəkdi.

Belə ki, yeni sponsor «sarı-göylər»ə heç vaxt olmadığı qədər yüksək mükafat vəd edib.

Səfərdən 3 xalla dönsəydilər, əsas heyətdə meydana çıxanların hər biri 3000 manat qazanacaqdı.

Maraq üçün bildirək ki, buvaxtadək «Kəpəz»də ən böyük ödəmə 2000 manat olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti