
“İnşallah, hər şey yaxşı olacaq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in rəhbəri İlqar Nadiri deyib.
Gəncə təmsilçisinin birinci şəxsi “mövsümün sonunda komandada nə kimi dəyişikliklər görəcəyik” sualına cavabında qısaca olaraq bunları söyləyib:
“Zamanla hər şey öz yolunu tapacaq. Hazırda məqsədimiz bundan öncəki iki ildə olduğu kimi, yenə komandanı çempionatda saxlamaqdır.
Ümid edirəm ki, məşqçi korpusu və futbolçular onlara tapşırılan məqsədin öhdəsindən gələcək”.