“Neftçi”yə nə edəcəyimizi bilirdik, baş məşqçinin tapşırıqlarını yerinə yetirirdik”

01:20 Kəpəz 137
“Neftçi”yə nə edəcəyimizi bilirdik, baş məşqçinin tapşırıqlarını yerinə yetirirdik”

Sportinfo.az xəbər verir ki, "Kəpəz"in yarımmüdafiəçisi Camal Cəfərov sualları cavablandırıb.

- Premyer Liqanın 25-ci turunda "Neftçi"ni 1:0 udduz. Fikrin necədir?

- Ağır oyun oldu. Qələbə qazandıq. Qalibiyyətə layiq idik. "Neftçi" ilə son iki görüşdə bəxtimiz gətirməmişdi. Amma bu dəfə qalib gələ bildik.

- Qısa müddətdə "Neftçi" ilə 3 dəfə qarşılaşdınız. Bir komanda ilə bu qədər tez-tez oynamaq sıxıcı deyil?

- Pis deyil. Hazırlaşmışdıq, nə edəcəyimizi bilirdik, baş məşqçinin tapşırıqlarını yerinə yetirirdik. Allaha şükür, qələbə qazandıq.

- Son dəqiqələrdə real qol epizodları necə şərh edərdin? Qələbənin əldən gedəcəyi təhlükəsini hiss etdiz?

- Bu cür məsələləri çox müzakirə etmək olar. Amma görürsüz, bizə qol vura bilmədilər, biz qalib gəldik. Vacib odur. Bəli, Kərim Lkuça vura bilmədi. Epizodlar olur ki, bəxtin gətirmir. Gələn dəfə vurar.

- Qarlı havadan ən çox əziyyət çəkən komandalardan biri "Kəpəz" oldu. Bu periodu necə dəyərləndirirsən?

- Həm "Kəpəz", həm də digər komandalar üçün çətin şərait idi. Çünki bu cür havada oynamaq çətindir, tapşırıqları yerinə yetirmək asan deyil. Əlimizdən gələni edirdik. Qarlı havada oynamaqdan xoşum gəlmir. Yəqin ki, heç kimin ürəyincə deyil. Amma işimiz oynamaqdırsa, hazırlaşıb, çıxıb oynayırıq.

- Növbəti görüş "Sumqayıt"a qarşıdır. Rəqibin baş məşqçisi Vaqif Cavadov qalib gələcəklərini deyib...

- Baxaq da, biz də digər oyunlara olduğu kimi "Sumqayıt"la görüşə hazırlaşırıq. Oyun hər şeyi göstərəcək. Çalışacağıq ki, uğurlu nəticə əldə edək.

- Komandanın Premyer Liqada qalmaq şanslarını necə dəyərləndirirsən?

- Şanslarımız yüksəkdir. Ümid edirəm ki, qalacağıq.

- Oruc tutaraq meydana çıxmaq performansa mənfi təsir etmir?

- Xeyr. Heç bir təsiri yoxdur. Hər şey əladır. Hansısa çətinlik çəkmirəm.

Digər Xəbərlər
Xəbər Lenti