(2).jpg)
"Kəpəz" Premyer Liqanın 25-ci turunu qələbə ilə arxada qoydu.
Bölgə klubu Tovuz şəhər stadionunda "Neftçi"dən 3 xal qopara bildi - 1:0.
Matçın ən yaxşılarından biri olan Dieqo Vardaska Sportinfo.az-a müsahibə verib.
Portuqaliya müdafiəçi ilk olaraq qarşılaşma barədə danışıb.
- Bizim üçün önəmli qələbə idi. Matça yaxşı hazırlaşmışdıq. Komandamızın hədəfi 3 xal qazanmaq idi. Sonda da buna nail olduq.
- Sonuncu pillədə gedən "Səbail"dən 4 xal aralana bildiniz. Rahat nəfəs almaq olar?
- 4 xallıq fərqə rəğmən, biz rahat ola bilmərik. Bu gün qələbə qazandıq, sevindik və unutduq. Qarşıdan "Sumqayıt"la matç gəlir. Onda da qələbə qazanmaq vacibdir. Fərqi böyüdükcə rahat ola bilərik.
- Son 3 görüşdə "Neftçi"ni udmaq mümkün olmurdu. Bugünkü qələbədə meydanda hansı məqam xüsusi rol oynadı?
- Hər oyuna qələbə üçün çıxırıq. Bəzən istəklərimiz alınmır. Əsas odur ki, meydanda ürəyimizi qoyaq. Bu gün bunu etdik və yaxşı da alındı.
- Qarşıdan "Sumqayıt"la oyun gəlir. Gözləntilərin necədir?
- Hər rəqibə görə hazırlaşırıq. Məqsədimiz qələbə qazanmaq olacaq.
- Rəqib son 11 görüşdə qol vura bilmir. Bu məqam bir müdafiəçi kimi sənə rahatlıq verirmi?
- Belə şeylərə görə rəqiblərə fərq qoymuruq. Hər biri bizim üçün eynidir. Qələbə üçün əlimizdən gələni edəcəyik.
XANOĞLAN İMANOV