Rəhbər şəxs "Sportinfo"ya etiraf etdi: "Burada işləmək çətindir, çünki..."

8 Mart 17:20 Kəpəz 439
Rəhbər şəxs "Sportinfo"ya etiraf etdi: "Burada işləmək çətindir, çünki..."

"Kəpəz"də işləmək ağırdı" deyimi futbolumuzda hələ uzun illər əvvəldən var.

Zaman-zaman Gəncə klubunda çıxış etmiş məşqçi və futbolçu heyəti də bu faktı dilinə gətirib.

Buradan canını götürüb qaçanlar da az olmayıb.

Amma bütün təzyiqlərə, tənqidlərə rəğmən vəzifəsinin başında qalanlar da yox deyil.

Məsələn, klubun hazırkı rəhbəri İlqar Nadiri kimi.

Artıq üçüncü mövsümdür Premyer Liqada bölgə klubunun nəticələrinə cavabdeh şəxs odur.

İnsafən, işinin öhdəsindən layiqincə gəldiyini də demək olar.

Hər halda, ən aşağı büdcə ilə elitada qalmaq kiçik nəticə deyil. Məncə, təkcə ötən mövsüm "Qəbələ" kimi klubun yüksək dəstəni tərk etdiyi xatırlatmaq bəs edər.

Təbii ki, belədə Gəncədə işləməyin çətinliyini İlqar Nadiridən yaxşı bilən az tapılar.

Şəxsinə ünvanladığım "Həqiqətənmi "Kəpəz"də işləmək çətindir" sualına İlqar bəyin cavabı belə oldu:

"Bəli, çətindi. Çünki klubun tarixi, yaxşı nəticələri var. Azarkeşlər də hər zaman bunu tələb edir. Biz də bunu anlayırıq, başa düşürük. Bilirik ki, Gəncədə döyüşkən, yuxarı sıralara oynayan bir komanda olmalıdır.

Təəssüf ki, 3 ildir aşağı büdcə ilə, şəraitsizliklə bağlı kənar meydançalarda oynayırıq. Bu vəziyyət doğurdan da komanda üçün çox çətinlik yaradır".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti