“Neftçi” bu boyda yolu boş-boşuna gedib-gəldi - VİDEO

5 Mart 22:40 Kəpəz 195
“Neftçi” bu boyda yolu boş-boşuna gedib-gəldi - VİDEO

Premyer Liqanın XXV turunda "Kəpəz" "Neftçi"ni məğlub edib.

Sportinfo.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüş Gəncə klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 50-ci dəqiqədə Şervoni Mabatşoev vurub.

Bu nəticədən sonra xallarının sayını 22-yə yüksəldən "Kəpəz" 9-cu yerdə qərarlaşıb. "Neftçi" isə 27 xalla altıncıdır.

"Kəpəz" - "Neftçi" 1:0

Qol: Şevroni Mabatşoev, 51
Tovuz şəhər stadionu, 750 tamaşaçı
Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Eyyub İbrahimov
Dördüncü hakim: Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Sarı vərəqələr: Yuri Matias, 19 (qeyri-idman hərəkəti); Filip Ozobiç, 65 (qeyri-idman hərəkəti); Emin Mahmudov, 72 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Rakif Əliyev (“Kəpəz”), 90+2 (oyunun bərpasının ləngidilməsi)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 5 dəq.

“Kəpəz”: 1. Rojerio Santos 7. Ehtiram Şahverdiyev (21. Camal Cəfərov, 62) 12. Turan Manafov 5. Rauf Hüseynli 8. Elmir Tağıyev 9. Luis Paçu (2. İlkin Qırtımov, 90+4) 29. Dioqo Verdaska 78. Yeqor Xvalko (k) 28. Rati Ardazişvili (10. Karim Lkoça, 46) 11. Trent Buhagiar (88. Şevroni Mabatşoev, 46) 3. Mahamadu Ba (26. Valdemar Almeyda, 74)
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 18. Elgün Bayramov 99. Əli Səmədov 70. Nicat Süleymanov 6. Nemət Musayev 17. Ümid Səmədov 19. Sadiq Şəfiyev
Baş məşqçi: Azər Bağırov

“Neftçi”: 93. Rza Cəfərov (k) 8. Emin Mahmudov 3. Höccət Haqverdi 19. Azər Salahlı (90. Ramil Şeydayev, 68) 4. Elvin Camalov 91. Ağadadaş Salyanski (9. Bassala Sambu, 57) 14. Edvin Kuç (10. Filip Ozobiç, 57) 99. Ervin Koffi 44. Yuri Matias 24. Mustafa Sek 11. Aleks Fernandes (47. Murad Məmmədov, 57)
Ehtiyat oyunçular: 1. Emil Balayev 30. Rustam Samigullin 17. Rəhman Hacıyev 7. Azər Əliyev 13. Emil Səfərov 23. Robert Bauer 20. Alfa Konte 18. Ryonosuke Ohori
Baş məşqçi: Samir Abasov

Digər Xəbərlər
Xəbər Lenti