"Kimisə istefaya göndərmək bizim işimiz deyil"

5 Mart 20:10 Kəpəz 448
"Kimisə istefaya göndərmək bizim işimiz deyil"

Sportinfo.az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Azər Bağırov Premyer Liqanın 25-ci turunun "Neftçi" ilə matçından (1:0) sonra keçirilmiş mətbuat konfransında danışıb.

- Son oyunlarda qol epizodları yaradırıq, amma dəyərləndirə bilmirik. Daha hazırlıqlı, ehtiyat oyunçular skamyası daha zəngin olan komandaya qarşı oynayırdıq. Onlara 2 kubok matçında məğlub olmuşuq. Komandanı bu oyuna yaxşı motivasiya edə bildik. Meydanda maraqlı mübarizə getdi. Çox qol ola bilərdi. Şükürlər olsun ki, 3 xal qazandıq.

- Kərim Lkoça 2 epizod qaçıranda nə düşündünüz?

- Bu barədə heç fikirləşmirəm. Bu, həyatdır, qaçıra da bilər, vura da bilər. Vursaydı, daha rahat olardıq.

- "Sumqayıt"ın 11 oyundur qol vura bilməməsi amili Kəpəzlə matçda necə təsir edə bilər?

- Mənfi amillər bizdə daha çoxdur, nəinki "Sumqayıt"da. Çünki onlar evdə oynayır. Sumqayıtın ehtiyat skamyası zəngindir. Hansı ki, Rövlan Muradov, Səbuhi Abdullazadə kimi futbolçular ehtiyatda qalır.

- Roman Qriqorçuk, Şahin Diniyev "Kəpəz"lə oyundan sonra istefaya göndərilib. Eyni aqibət Vaqif Cavadovu gözləmir?

- Vaqifə böyük hörmətim var. Kimisə istefaya göndərmək bizim işimiz deyil. Bəlkə biz istefaya getdik, bilmək olmaz.

Digər Xəbərlər
Xəbər Lenti