"Bu, elə pis mənada futbolçuları sındırmaqdır"

24 Fevral 22:10 Kəpəz 266
"Bu, elə pis mənada futbolçuları sındırmaqdır"

"Kəpəz" Premyer Liqanın 24-cü turunda səfərdə "Zirə"yə 0:2 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb:

- Oyunun keçirilməsi ilə bağlı fikirlərimi deyə bilərəm. Dünən gəldik-getdik, oyunun vaxtını bir təyin etdilər, ondan sonra yenə dəyişdirdilər. Bu gün eyni qaydada. Bu, futbolçulara nə qədər təsir edir, yəqin ki, idman camiəsi bilirlər. Uşaqlar bu gün əziyyət çəkdi. Futbolçular 12:30-da yemək yedilər, saat 15:30-dan burdayıq. Nə bilim, saat 19:00-da oyun başlayır. Oyunun keçirilməsi böyük problem idi. Oyun haqda da çox söz deməyə ehtiyac yoxdur. Özünüz hər şeyi gördüz. Rəqibi təbrik edirəm, uğurlar arzulayıram.

- Şərtlər hər iki tərəf üçün eyni idi?

- Xeyr, şərtlər hər iki tərəf üçün eyni deyil. Biz bura çatanda, xəbər etdilər ki, oyun 18:00-a keçirilib. Biz də getmişik, geri qayıtmışıq. Halbuki biz Zirəyə çatmışdıq. 2-3 saat futbolçular gəzib, kofe içib. Biz səfər komandasıyıq. Bir gün əvvəl gəldiyimiz üçün məşq etməyə meydança tapa bilmədik. Meydança qar idi. Dünən yenə məşq etmədik. Bu cür palçıqda isə oyuna çıxıb. Məncə, insan resurslarını mənimsəməkdir. Futbolçu iki gün məşq etmir, palçıqda çətin oyuna çıxır. Nəzərə də alınmırdı ki, bu adam 12:30-da yemək yeyib və 19:00-da oyuna çıxır. Bunların hamısı fikirləşilməli idi.

- Üç gündən sonra "Neftçi" ilə oynayacaqsız. Geri qayıdacaqsız?

- "Zirə" burada bərpa keçəcək, oynayacaq. Amma biz yenidən Gəncəyə qayıdıb, ye də Bakıya gəlməliyik. Faktiki olaraq, futbolçuları istifadə etməkdir. Bu, elə pis mənada futbolçuları sındırmaqdır. Furbolçunun bərpası necə olacaq, kimə nə verəcəyik? "Zirə" kimi geniş heyətimiz də yoxdur. Şükür Allaha bu gün hələ 1 oyunçumuz zədələndi, o da bazada. Bir-iki futbolçuda da problem var. Nə bilim... Çox söz danışmaq olar. Futbolçu insandır da. Oyun keçirilsin deyə, sındırmalıyam? Nəzərə almaq lazım idi ki, futbolçu ilk növbədə insandır. İki gün məşq etmə və oyuna çıx. Necə olacaq? Belə.

Digər Xəbərlər
Xəbər Lenti
24 Fevral 17:30 Çək və bizə göndər!
24 Fevral 11:20 Birini də sizdən görək!